Avqustun 17-də 500-ə yaxın miqrant 9 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, avqustun 11-də 703, 12-də 125, 14-də isə 107 miqrant qayıqlarla Britaniyaya keçməyə nail olub. Bununla da, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 19 min nəfəri ötüb.
“İpsos” şirkətinin açıqladığı yeni anket-sorğunun nəticələrinə əsasən immiqrasiya indi britaniyalıların ən vacib hesab etdiyi məsələlər siyahısında birinci yerdədir.