Keçmiş hücumçu Tyerri Anri 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçi postunu tərk edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.
Onun rəhbərlik etdiyi komanda “Paris-2024” Yay Olimpiya Oyunlarında İspaniya seçməsinə 3:5 hesabı ilə uduzaraq gümüş medala yiyələnib. Bu mükafatın karyerasının ən böyük nailiyyətlərdən biri olduğunu vurğulayan T.Anri bu təcrübəyə görə federasiyaya, oyunçulara və azarkeşlərə təşəkkür edib.