Aşıq Əli: “Həkimlər mənə 17 il vaxt qoymuşdular”

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Budəfəki verilişin qonağı aşıq Əli Tapdıqoğlu olub.

Aşıq uşaqlıqda keçirdiyi xəstəlikdən danışaraq, həkimlərin ona 17 il vaxt qoyduğunu söyləyib:

“O vaxtlar ürək əməliyyatı keçirmişdim. Əməliyyatdan sonra ailəm düşünürdü ki, mənim üçün ağır işlər olmaz. Amma məni ən ağır peşəyə yönləndirdilər. Bu gün aşıqlıq ən çətin peşələrdən biridir, çünki onun çox böyük məsuliyyəti var”.

Aşıq Əli sevgi mövzusuna da toxunaraq, sevginin qarşılıqlı yaşanmalı olduğunu vurğulayıb:

“Sevgidə yükü paylaşmaq yaxşıdır, niyə iki nəfərin yükünü təkbaşına daşıyasan? Bu yükü tək daşıdım və sonra onu paylaşdım. Qarşılıq alandan sonra rahatladım. Sevgi qarşılıqlı olmayanda insan istər-istəməz narahat olur. O sevgini paylaşanda həyat da asanlaşır”.

Oxşar Xəbərlər