Konqo Demokratik Respublikası gələn həftə “Mpox”a qarşı ilk vaksin dozalarını əldə etməyə ümid edir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhiyyə naziri Samuel Roje Kamba artıq xəstəliyin ən azından 570 ölüm hallarına gətirdiyini bildirib.
İlin əvvəlindən Konqo Demokratik Respublikasında xəstəliyə 16 700 yoluxma halı qeydə alınıb.
“Bizə vaksin vəd edən iki əsas ölkə var. Birincisi Yaponiya, ikincisi isə ABŞ-dır”, -deyə nazir qeyd edib.
ABŞ təkcə uşaqlar üçün 50 min doza, Yaponiya isə 3,5 milyon doza vəd edib.
Yüz milyona yaxın əhalisi olan Konqo Demokratik Respublikası 3,5 milyon uşaq da daxil olmaqla, dörd milyon insanı peyvənd etməyi planlaşdırır.
Hökumətin məlumatına görə, getdikcə daha çox sayda gənc, xüsusilə də 15 yaşına qədər uşaqlar “Mpox”a yoluxur. Cari epidemiya ölüm hallarının səviyyəsi 3,6 faiz qiymətləndirilən daha yoluxucu və təhlükəli virusla xarakterizə edilir.
Burundi, Keniya və Uqandanı əhatə edən Konqo Demokratik Respublikasında “Mpox”a yoluxma hallarının artması Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ən yüksən səviyyəli beynəlxalq həyəcanı aktivləşdirməyə sövq edib.
Konqo Demokratik Respublikası hazırkı epidemiyanın ocağı və episentridir, virusun daha təhlükəli ştamının yayılması isə Afrika və onun hüdudlarından kənarda artan narahatlığa səbəb olur.
Afrikadan kənarda “Mpox” diaqnozu İsveç, Pakistan və Filippində qoyulub.