Putin 2011-ci ildən bəri ilk dəfə Çeçenistana səfər edib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistana səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onu respublika rəhbəri Ramzan Kadırov, prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka və Dövlət Dumasının deputatı Adam Delimxanov qarşılayıblar. Kadırov “Telegram” kanalında Rusiya prezidentinin məşğul proqramı planlaşdırdığını bildirib.

Putin sonuncu dəfə Çeçenistana 2011-ci ildə baş nazir olarkən səfər edib (o zaman prezident postunu Dmitri Medvedev tuturdu).

Avqustun 20-də o, Kabardin-Balkar, eləcə də Şimali Osetiyaya səfər edib və burada Beslan məktəbində terror aktının 20-ci ildönümü ərəfəsində “Beslan Anaları” ilə görüşüb.

Oxşar Xəbərlər