İsrail ordusu (ISAXAL) Livandan İsrailə uçan 40 raket və çoxsaylı şübhəli hava hədəfləri qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəflərin bəziləri İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bundan əvvəl ordu bir saat ərzində ölkənin şimal bölgələrində hava hücumu sirenlərinin səslənməsi barədə dəfələrlə məlumat verib.
Ümumilikdə, avqustun 20-də Livandan İsrailə azı 110 raket atılıb.