Meqan Foksun nişanlısı narkotikdən imtina etməyinin səbəbini açıqladı

Aktrisa Meqan Foksun nişanlısı, reper Kolson Beyker (Machine Gun Kelly – MGK) narkotikdən imtina etməyinin səbəbini açıqlayıb.

QİA.az xəbər verir ki, bu barədə “People” nəşri “Million Dollaz Worth of Game” podkastına istinadən yazıb.

Sənətçi onun həyat tərzini yeniyetmə qızının dəyişdiyini bildirib. Bir gün qız etiraf edib ki, atası narkotik vasitələrin təsiri altında olduğu zaman həmişə ona fikir verib. Bundan sonra reper onun aludəçiliyinin sevdiklərinə həddən artıq təsir etdiyini anlayıb.

Machine Gun Kelli vurğulayıb ki, qızının sözləri onu məyusluğa sürükləyib. O, dəyişmək və qızın fəxr edəcəyi ata olmaq istədiyini bildirib.

34 yaşlı sənətçi alkoqol və narkotik aludəçiliyinin öhdəsindən gələ bilib. Bu, bir neçə il çəkib. Reper aludəçilikdən canını qurtardığı üçün çox xoşbəxt olduğunu bildirib. Artıq bir ildir ki, şirnikləndiricilərdən qaçmağı bacarıb.

Musiqiçi sağalmaq üçün reabilitasiya mərkəzinə getməli olub. Bu, ona həm narkotikdən, həm alkoqoldan, həm də tibbi preparatlardan imtina etməyə kömək edib. Sənətçinin aludəçiliyinin səbəbi psixi problemlərin olduğu bildirilir.

Qeyd edək ki, Meqan Foks və Kolson Beyker 2020-ci ilin iyununda münasibətlərini açıqlayıb və 2022-ci ilin yanvarında nişanlandıqlarını elan ediblər. Əgər bu evlilik baş tutarsa, aktrisa üçün ikinci olacaq. Belə ki, 2010-cu ildə o, Brayan Ostin Qrinlə ailə qurub və 2022-ci ilin fevralında cütlük rəsmi olaraq boşanıb.

Oxşar Xəbərlər