Azad agent statusu daşıyan ən bahalı futbolçular bəlli olub – SİYAHI

“Transfermarkt” portalı hazırda azad agent statusu daşıyan ən bahalı futbolçuların adlarını açıqlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıya 35 milyon avro transfer qiyməti olan yarımmüdafiəçi Adriyen Rabio başçılıq edir. O, 2019-2024-cü illərdə formasını geyindiyi İtaliyanın “Yuventus” komandasından ayrıldıqdan sonra klubsuzdur.

Bu yay İspaniya təmsilçisi “Atletiko”nu tərk edən Mario Hermoso (25 milyon avro) ikinci, Fransanın “Lill” kollektivində çıxış etmiş Türkiyə millisinin üzvü Yusuf Yazıcı (10 milyon avro) isə üçüncü pillədə qərarlaşıb.

Azad agent statusu daşıyan ən bahalı 10 futbolçu:

  1. Adriyen Rabio (son klubu “Yuventus”, İtaliya) – 35 milyon avro
  2. Mario Hermoso (son klubu “Atletiko”, İspaniya) – 25 milyon avro

3-6. Yusuf Yazıcı (son klubu “Lill”, Fransa) – 10 milyon avro

3-6. Antoni Marsyal (son klubu “Mançester Yunayted”, İngiltərə) – 10 milyon avro

3-6. Memfis Depay (son klubu “Atletiko”, İspaniya) – 10 milyon avro

3-6. Andre Qomeş (son klubu “Everton”, İngiltərə) – 10 milyon avro

7-8. Joel Matip (son klubu “Liverpul”, İngiltərə) – 8 milyon avro

7-8. Vissam Ben Yedder (son klubu “Monako”, Fransa) – 8 milyon avro

  1. Maykl Riçard Oliveyra (son klubu “Əl-Hilal”, Səudiyyə Ərəbistanı) – 7 milyon avro
  2. Aleksey Mirançuk (son klubu “Lokomotiv”, Moskva, Rusiya) – 6 milyon avro.

Oxşar Xəbərlər