İkinci qrupda Qarabağ Universitetinə qəbul zamanı ən yüksək nəticə maliyyə ixtisasında qeydə alınıb

Qarabağ Universitetinə ikinci qrup üzrə qəbul zamanı ən yüksək nəticə 641,7 balla maliyyə ixtisasında qeydə alınıb.

QİA.az xəbər verir ki, bu barədə Universitetdən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinə maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.

İkinci qrupda universitetə 7 ixtisas (beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, menecment, mühasibat, turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib.

Oxşar Xəbərlər