Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Avqustun 24-də İtaliyanın Neapol şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) Baş Assambleyası baş tutub.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermə nəticəsində 36 səs yığan xorvatiyalı Roko Sikiriç CEV-in yeni prezidenti seçilib.

Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev iştirak edib. Federasiya prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov isə CEV nümayəndəsi kimi Assambleyada iştirak edib.

Oxşar Xəbərlər