Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV-in İdarə Həyətinə üzv seçilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri Cəlil Cəfərov növbəti dəfə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Həyətinə üzv seçilib.

QİA.az xəbər verir ki, bu barədə AVF-dən AZƏRTAC-a verilən məlumata görə, o, İtaliyanın Neapol şəhərində baş tutan CEV-in 45-ci Baş Assambleyasında keçirilən səsvermədən sonra yenidən qurumun İdarə Heyətində yer almaq şansı qazanıb.

Otuz dörd nəfərin namizədliyi olan İdarə Heyətində növbəti dörd il üçün (2024-2028) 17 nəfər yer alıb.

Oxşar Xəbərlər