Böyük Britaniyanın Baş naziri Kir Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxışdan əvvəl Baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb. Kir Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin yaxşılaşmazdan əvvəl daha da pisləşəcəyini vurğulayacaq.
Kir Starmer Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək. Baş nazir bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək. Həmçinin, Kir Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq. Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.