“Qalatasaray” “Napoli”nin 18 milyon avroluq təklifini geri çevirib

“Napoli” komandası “Qalatasaray”ın oyunçusu Davinson Sançes üçün 18 milyon avro təklif etsə də, “sarı-qırmızılar” təklifi qəbul etməyiblər.

Oxu.Az xəbər verir ki, Seriya A klubunun kolumbiyalı müdafiəçi üçün təklifini məhz “Qalatasaray” rəhbərliyi geri çevirib.

Türkiyə mətbuatının məlumatına görə, İtaliya klubu yeni təklif göndərməyi planlaşdırır.

Oxşar Xəbərlər