Polşa müdafiə xərclərini artırmaq niyyətindədir

Polşa gələn ildən müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 3,1 faizindən 4,7 faizinə qədər artırmaq niyyətindədir.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC RMF FM radiostansiyasına istinadla məlumat verir ki, hakim koalisiya liderləri gələn il müdafiə xərclərini ÜDM-in ən azı 4,7 faizinə çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər.

NATO-ya görə, hazırda yalnız beş üzv dövlət – Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstan müdafiəyə ÜDM-in 3 faizindən çoxunu xərcləyir.

Oxşar Xəbərlər