“Qarabağ” həndbol klubu Özbəkistan millisinə qalib gəlib

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirdə növbəti oyun keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “AHF Arena”da təşkil olunan yarışda “Qarabağ” klubu Özbəkistan millisini sınağa çəkib. Görüş Ağdam təmsilçisinin 28:27 hesablı qələbəsi ilə başa çatıb.

Günün ilk qarşılaşmasında Qazaxıstanın “Astana” komandası “Kür”ü üstələyib – 36:26.

Qeyd edək ki, qadınlardan ibarət 6 komandanın iştirak etdiyi turnirə sentyabrın 1-də yekun vurulacaq.

Oxşar Xəbərlər