Konfrans Liqası: “Zirə” sonuncu matçında qələbə qazandı

“Zirə” cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

QİA.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan “Zirə” avrokubokla vidalaşmalı olub.

Oxşar Xəbərlər