Moldovalı parlamentari: Seçki prosesi axıcı şəkildə keçdi

Mən Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində iştirak etdim. Bu, mənim artıq ikinci təcrübəmdir. Seçkilər zamanı bütün nüanslara diqqət yetirməyə etməyə çalışdım.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Moldova parlamentinin deputatı Vitali Jakot parlament seçkilərinin ilkin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin sədrləri və üzvlərinin şəffaf fəaliyyət göstəriblər. “Azərbaycan Moldova üçün strateji tərəfdaşdır. Mən həm Bakı, həm də Bakıətrafı qəsəbələrdə seçkiləri müşahidə etdim. Seçki prosesi axıcı şəkildə davam etdi. Vətəndaşlar çox rahat şəkildə bizimlə ünsiyyətdə oldular. Onlar səs verəcəkləri yerlər haqqında məlumatlı idilər. Mənimlə ünsiyyətdə olan hər kəs prosesin rəqəmsallaşdırılmasının arzuedilən olduğunu bildirdilər. Bu da maarrifləndirici oldu. Ümumi vəziyyət çox sakit idi. Hər şey yüksək səviyyədə planlaşdırılmışdı”,- deyə deputat əlavə edib.

Oxşar Xəbərlər