Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə abituriyentlərin ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə QİA.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı, kolleclərin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci, kolleclərə qəbul aparılan ixtisaslar isə “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.

İxtisas seçmək hüququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin və kolleclərin 20-dək ixtisas kodunu seçib, onları qeyd olunan tarixədək Dövlət İmtahan Mərkəzinin müvafiq internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Oxşar Xəbərlər