Türkiyə Prezidenti BRICS-in sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in sammitində iştirakla bağlı Rusiya tərəfinin dəvətini qəbul edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə tərəfinə təklif göndərilib, Ərdoğan onu qəbul edib”, – deyə Uşakov qeyd edib.

Qeyd edək ki, sammit oktyabrın 22–24-də Kazanda keçiriləcək.

Bundan əvvəl ABŞ-ın “Bloomberg” informasiya agentliyi məlumat yayıb ki, Türkiyə sentyabrın 2-də BRICS-ə qoşulmaq üçün ərizə ilə müraciət edib.

Oxşar Xəbərlər