Meymunçiçəyi virusuna qarşı ilk vaksinlər Konqoya göndərilib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ötən ay Konqo Demokratik Respublikasının ilk meymunçiçəyi vaksinlərini qəbul etməsi faktını təsdiqləyib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tedros Adhanom Qebreyesusun sözlərinə görə, ilkin vaksinlər Konqoda yaxın günlərdə tətbiq ediləcək.

Qeyd edək ki, Afrikada meymunçiçəyi xəstəliyinin yenidən yayılması, xüsusən ən yeni variantı olan B1 növünün aşkar olunması Dünya Səhiyyə Təşkilatının iki həftə öncə xəbərdarlıq etməsinə səbəb olub. Virus Afrikanın Konqo, Burundi, Keniya, Rvanda və Uqanda kimi ölkələrində yayılıb.

Meymunçiçəyi virusu insanlara heyvanlardan keçir və yüksək yoluxuculuğa malikdir. Bu virus insanlar arasında da fiziki təmas vasitəsilə yayılır.

Yüksək temperatur, əzələ ağrısı və açıq yaralar bu xəstəliyin əlamətlərindəndir.

Oxşar Xəbərlər