Çempionlar Liqası: Azərbaycanın minifutbol komandası Fransa klubuna qalib gəlib

Ötən mövsüm ölkə çempionatını ikinci yerdə başa vuran “Aznur” minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu Fransanın “Bayonna” kollektivi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın turnirdəki digər komandası “Birbaşa Bakı” isə bu gün İspaniyanın “Malaqa” klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Oxşar Xəbərlər