“Zirə” “Neftçi”nin heyətində çempion olmuş legionerlə anlaşıb

“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “qartallar” nigeriyalı hücumameyilli yarımmüdafiəçi Yusuf Lavalla anlaşıb. 27 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Y.Laval son olaraq Portuqaliyanın “Arauka” komandasında çıxış edib.

Qeyd edək ki, Yusuf Laval 2020-ci ilin yayından 2023-cü ilin yanvarınadək Azərbaycanda “Neftçi”nin formasını geyinib. O, 2020-2021-ci illər mövsümündə “ağ-qaralar”ın heyətində Premyer Liqanın qalibi olub.

Oxşar Xəbərlər