Bakı Ali Neft Məktəbinin komandası “TEKNOFEST-2024”ün qalibi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” komandası “TEKNOFEST-2024”ün qalibi olub.

BANM-dən QİA.az-a bildirilib ki, ali məktəbin komandası Türkiyənin #Antalya şəhərində keçirilən festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb.

Komandanın elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur.

Ali məktəbin komandası 180 min TL dəyərində pul mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi oktyabr ayında Adanada keçiriləcək.

Təmsilçilərimiz qeydiyyatdan keçmiş 1000-ə yaxın komanda arasından seçilərək finala yüksələn 10 komanda içərisində qələbəni təmin etməyi bacarıblar.

Oxşar Xəbərlər