Xüsusi təyinatlılarımız “Sonsuz qardaşlıq – III” təlimində iştirak edir

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Qazaxıstanda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Nazirliyin mətbuat xidmətindən QİA.az-a bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.

Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.

Oxşar Xəbərlər