Tallində (Estoniya) gənclər arasında cüdo üzrə Avropa çempionatında komanda hesabında birinci yerə çıxan Azərbaycan millisi Vətənə dönüb.
QİA.az xəbər verir ki, idmançılar Azərbaycan Cüdo Federasiyasının üzvləri, Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.
Komandamız çempionatı dörd qızıl, iki gümüş və iki bürünc medalla başa vurub.
Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.