Kanadada soyqırımı izləri: İnternat məktəbinin ərazisində yeni qəbirlər aşkarlandı

Kanadanın Freyzer-leyk bölgəsində, keçmiş internat məktəbinin ərazisində nişansız qəbirlər aşkar edilib.

QİA.az xəbər verir ki, bu barədə “The City News” qəzeti yerli qəbilə liderinə istinadən yazıb.

Qəbirlər Prins-Corcdan təxminən 160 km qərbdə, keçmiş “Lejak” hindu internat məktəbinin ərazisində yerləşirlər.

“Orada daha çox uşağın olduğunu bilirik, sadəcə harada olduğunu bilmirdik”, – deyə qəbilə başçısı Ketlo bildirib.

Hələlik 23 yeni məzar tapılıb. Axtarış internat məktəbinin keçmiş şagirdlərinin ifadəsi əsasında aparılıb.

Qeyd edək ki, axtarışlar zamanı 142 500 m² ərazi (təxminən 27 futbol meydançası) tədqiq edilib. Sözügedən məktəb 1922-ci ildən 1976-cı ilə qədər 7850 hindli uşağa təhsil verib. Bu müddət ərzində 38 ölüm qeydə alınıb. Ən faciəli hadisə isə otuz dərəcə şaxtada məktəbdən qaçaraq evə qayıtmaq istəyərkən donaraq ölən dörd oğlanın ölümü olub.

Xatırladaq ki, Kanadada bir çoxu katolik kilsəsi tərəfindən idarə olunan internat məktəbləri hindu uşaqlarını yerli mədəniyyətlərindən qoparmağa çalışırdı. Azyaşlılar internat məktəblərində zorla saxlanılır, onlara qarşı amansız rəftar olunurdu. İndiyədək ölkə ərazisindəki müxtəlif belə keçmiş məktəb ərazisində çoxsaylı uşaq qəribləri tapılıb.

Oxşar Xəbərlər