“Yaradıcılıq marafonu”nda 21 nəfər iştirak edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Gənclər Paytaxtı” Şuşa şəhərində Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaradıcılıq marafonu”nda mentor kimi fəaliyyət göstərən “Baku Fashion Academy”nin rəhbəri Katerina Eren jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas məqsəd islam ölkələrindən olan kreativ gəncləri bir araya gətirməkdir: “Komandalar ötən gün dörd sahəyə bölündülər. Onlar müxtəlif geyimlər hazırlayırlar. Düşünürəm ki, iştirakçılar bu proqramda uğurlu işlər ortaya qoyacaqlar. Hər kəs çox həvəslə işləyir. Bu, islam ölkələrindən olan kreativ gənclərin bir araya gəlməsinə kömək edəcək. “Baku Fashion Academy”nin də tədbirdə olması sevindirici məqamdır”.
Qeyd edək ki, tədbirdə İslam ölkələrindən olan gənclər dörd fərqli sahə – animasiya, dizayn, film və moda mövzusunda öz məhsullarını nümayiş etdirirlər.