6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxış edərək bayram münasibətilə sahə işçilərini təbrik edib.
Nazir müavini çıxışında son illərdə rabitə və İKT sektorunda həyata keçirilən yeniliklər barədə danışıb və əldə olunan uğurlarda əməkdaşların rolunu vurğulayıb.
Sonra peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 143 illiyi ilə əlaqədar RİNN tərəfindən “Rabitə ustası” adına və Fəxri Fərmana layiq görülən əməkdaşlar təltif olunub.