Zaman bizi ayırmışdısa da, biz birliyimizə davam edəcəyik. Türkün dostu türkdür. Biz nə qədər bir olsaq, kimsə haqqımıza girməz.
Bunu Şuşada Qia.az-ın bölgə müxbirinə müsahibəsində İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri, kərküklü millət vəkili Ərşad Əl-Salihi deyib.
“İkinci dəfədir bura gəlirəm. Burada – öz tarixi coğrafiyamızda, öz torpağımızın üstündə özümü görürəm. Sözümüz də, danışığımız da birdir. Qarabağ can Azərbaycanımızın haqq işinin göstəricisidir. Əgər birinin torpağı varsa, o torpaq üçün dava edər. Amma torpaq özünün deyilsə, o anda tərk edib gedər. Bu torpaqlar bizim olduğu üçün, onlar da tərk edib getdilər. Bu torpaqlar bizimdir”, – deyə kərküklü millət vəkili bildirib.