Bakının bir sıra yollarında qarlı və kəskin şaxtalı hava şəraiti üzündən nəqliyyatın sıxlığı davam edir.
QİA.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.