Azərbaycanda COVID-19 testlərinin bitməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu gün ölkədə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur.
Bu barədə QİA.AZ-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan labarotoriyaların iş gücünə təsir göstərir. Nəticədə təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, – qurumdan bildirilib.
Məlumatda vurğulanıb ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur: “Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 178) artıb.