Belarusun “Belavia” aviaşirkəti dekabr ayının 4-dən Bakıdan Minskə uçuşları bərpa edir.
QİA.AZ xəbər verir ki, bu barədə məlumat aviaşirkətin “Twitter” hesabında yerləşdirilib.
Bildirilir ki, uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək: çərşənbə axşamı, cümə, şənbə və bazar günləri.
Qeyd edilir ki, uçuşlar yalnız Bakıdan Minskə olacaq: təyyarələr Bakıdan 04:15-də havaya qalxacaq və 06:50-də Belarus paytaxtında eniş edəcək.