ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Noy27,2020
ABŞ-da bayram tədbirində atışma: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-ın Nevada ştatında baş verən atışma nəticəsində nəfər ölüb, 4 nəfər yaralanıb.

“QİA.AZ” CNN-ə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Məlumata görə, hadisə ştatın Xenderson şəhərində Şükranlıq günü bayramında baş verib. Yaralılar müxtəlif rayonun sakinləridir.

Polis əməkdaşları hadisə yerində yaralı aşkarlayıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri, 22 yaşlı kişi xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırma aparılır.

Oxşar Xəbərlər