Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artıb

Gürcüstanda ötən sutkada koronavirusa 4 780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

QİA.AZ xəbər verir ki, Reportun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır. 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxşar Xəbərlər