Fransanın dövlət katibi Ermənistana səfər edəcək

Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana ikigünlük işgüzar səfər edəcək.

“QİA.AZ” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.

Oxşar Xəbərlər