Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.
QİA.AZ-ın xəbərinə görə, Prezident İlham Əliyevin fərmanına əsasən əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib
1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;
10. müvafiq yerli icra hakimiyyəti orqanları.