Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
QİA.AZ bildirib ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub.
Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.
T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.