Gürcüstanda ötən sutkada koronavirusa 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 574 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib.
QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 139 343-ə çatıb. Yoluxan şəxslərin 117 560-ı sağalıb, 1 303-ü isə dünyasını dəyişib.
Hazırda karantində 1 978, stasionar nəzarətdə 6 366 nəfər saxlanılır. 3 708 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.