Azərbaycanı mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Laçın rayonunun işğal azad edilməsi barədə paylaşım edib.
“QİA.AZ” xəbər verir ki, A.Kərimov öz tvitter hesabında yazıb:
“Biz Laçınımıza mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik! QarabağAzərbaycandır”.
O paylaşımında Laçın rayonunda 73 tarixi mədəniyyət abidəsi, 51 mədəniyyət evi, 75 kitabxana, beş musiqi məktəbi, iki muzey, bir qalereyanın yerləşdiyini qeyd edib.