Ramin Quluzadə Böyük Britaniya səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib.

Bu barədə “QİA.AZ”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüş qurumda baş tutub. Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib. Ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, İT, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın vəziyyəti, inkişaf perspektivinə dair fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər