“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqləndi

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə təsdiq edilib.

QİA.AZ-ın məlumatına görə, Əsasnamə Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli Qanunu ilə təsdiq edilib.

Təltif edilən şəxslər

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Təltif edən orqan

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Taxılma qaydası

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.

Oxşar Xəbərlər