Rusiyada son bir gündə daha 25 345 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 247 401 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 589 nəfər artaraq 41 053-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 830 349 nəfər sağalıb.