Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

Dek2,2020
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan elektrik enerjisi ixracını həyata keçirməyib.

2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 56,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 6,1 milyon ABŞ dolları və yaxud 9,7 % azdır.

Oxşar Xəbərlər