Dünyada ilk dəfə Sinqapurda bioreaktorda heyvan öldürülmədən istehsal edilən ətin satışına icazə verilib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.
Məlumata görə, ABŞ-ın “Eat Just” şirkətinin istehsal etdiyi “toyuq hissələri” Sinqapurun Qida Agentliyinin təhlükəsizlik yoxlanışından uğurla keçib.
Bildirilib ki, “Eat Just”ın məhsulu 1 200 litrlik bioreaktorda hazırlanır və sonra bitki əsaslı elementlərlə birləşdirilir.
Məhsulun normal toyuq ilə müqayisədə bahalı olacağı və sadəcə Sinqapurdakı bir restoranda satılacağı vurğulanıb.