“Samsung” yenidən smartfon satışında lider olub

Okt30,2020

Bu ilin III rübündə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yenidən qlobal smartfon bazarında lider olub.

“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Counterpoint Research” beynəlxalq təhlil şirkəti məlumat yayıb.

Məlumata görə, rüb ərzində “Samsung” bazarın 22%-nə nəzarət edib. Növbəti yerlərdə Çinin “Huawei” (14%), “Xiaomi” (13%), ABŞ-ın “Apple” (11%), Çinin “Oppo” (8%) şirkətləri qərarlaşıb. Beləliklə, Koreya şirkəti II rübdə “Huawei”ə “təhvil verdiyi@ “smartfon liderliyi”ni yenidən özünə qaytarıb.

“Samsung”un öndə getməsinə səbəb kimi “Galaxy” smatrtfonlarının A seriyasının ABŞ-da, M seriyasının isə Hindistanda geniş rəğbət qazanması göstərilir. Eyni zamanda yeni “iPhone12″nin də bazarda müsbət qarşılandığı nəzərə alınaraq “Apple” şirkətinin IVrübdə bazardakı mövqeyini gücləndirəcəyi güman edilir.

Ümumilikdə III rübdə dünyada 366 milyon smartfon satışa çıxarılıb ki, bu da II rübə nisbətən 32% çoxdur.

Oxşar Xəbərlər