Yunanıstanda da güclü zəlzələ olub

Yunanıstanın Samos adasında Rixter cədvəli ilə 6,9 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın məlumatına görə, zəlzələ nəticəsində bir sıra binalarda, o cümlədən kilsə binasında dağıntılar qeydə alınıb. Zəlzələ paytaxt Afina şəhərində də hiss edilib.

Bir nəfərin xəsarət aldığı deyilir. Yeraltı təkanlar 10 saniyə davam edib.

Zəlzələ ilə əlaqədar ölkənin baş naziri Kiriakos Mitsotakisin televiziya ilə müraciəti təxirə salınıb.

Qeyd edək ki, qısa müddət əvvəl Türkiyənin İzmir vilayətində 6,6 bal gücündə zəlzlə baş verib.

Oxşar Xəbərlər