2019-cu ildə Dövlət Neft Şirkəti (SOCAR) ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində proqnozu 99,3 min ton çox və yaxud 101,3% yerinə yetirilməklə, ümumilikdə 7 683,1 min ton neft (kondensatla birgə) hasil edib.
“QİA.AZ” bu barədə SOCAR-ın “Davamlı İnkişaf üzrə İllik Hesabat”ına istinadən xəbər verir.
Məlumata görə, bunun 6 346,3 min tonu “Azneft” İstehsalat Birliyinin, 1 336,8 min tonu isə Şirkətin payçı olduğu yataqların payına düşür.
Ötən il quru və dəniz sahələrində ümumilikdə 84 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 84 quyu təmir edilib istismara təhvil verilib.