Türkiyədə 62 yaşlı Əminə Ərən İzmirdə baş vermiş zəlzələdən sonra dağıntılar altından sağ çıxarılıb.
Bu barədə “QIA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qadın zəlzələdən 14 saat sonra yaralı vəziyyətdə dağıntılar altından xilas olunub.
Xatırladaq ki, dünən Bakı vaxtı ilə saat 15:54-də Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 24 nəfər həlak olub, həmçinin 804 nəfər xəsarət alıb.