Gürcüstanda son sutkada daha 4 673 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 893 nəfər müalicə olunaraq sağalıb, 36 pasiyent isə vəfat edib.
QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 169 649 yoluxma faktı təsdiqlənib. Yoluxanların 141 392-si sağalıb, 1 576-sı isə ölüb.
Karantin zonalarında 1 186, stasionar nəzarətdə isə 6 829 nəfər var. 3 759 nəfər isə xüsusi otellərdə müalicə olunur.