Yerevan metropoliteni bağlanıb

Dek8,2020

Karen Dəmirçiyan adına Yerevan metropoliteni vətəndaş itaətsizliyi səbəbindən bağlanıb.

“QİA.AZ” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə metropolitenin mətbuat katibi Tatev Xaçatryan bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları qatarların vaqonlarının qapılarının bağlanmasına əngəl törədərək metronun hərəkətinə mane olurlar: “Bu manelər aradan qalxdıqdan sonra qatarların hərəkəti bərpa olunacaq”.

Qeyd edək ki, dekabrın 8-dən Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirilir.

Oxşar Xəbərlər